Küveyt Şimali Koreya səfirinə vaxt verdi – Ölkəni tərk etməlidir

  • Müəllif: admin
  • 18 Sentyabr 2017 20:13

kuwait-flag-600
Küveyt Ş.Koreya səfirindən ölkəni tərk etməyi tələb edib.

Gununsesi.info TRT-yə istinadən xəbər verir ki, diplomata ölkəni tərk etmək üçün 1 ay vaxt verilib.

Bundan başqa, Küveyt Ş.Koreyadan olan işçilər üçün ölkəyə giriş icazəsini də bərpa etməyəcəyini də açıqlayıb.

Qərarın Küveyt әmiri Əl Sabahın 2 həftə əvvəl Vaşinqtona etdiyi sәfәrdәn sonra qәbul edilmәsi diqqət çəkir.

Qeyd edək ki, Küveyt daha öncə Ş.Koreya ilə bütün ticarət əlaqələrini dayandırmışdı.

 

Gununsesi.info