Televiziyanın vitse-prezidenti jurnalistlə əlbəyaxa dalaşdı

  • By admin
  • 17 İyun 2016 16:17

leman2

 

 

Son günlər ANS telekanalında baş verənlər, işçilərin şirkəti tərk etməsi və digər narazılıqlar dramatik həddə çatıb. Narazılıqlar telekanalın aparıcı xanım əməkdaşı ilə vitse-pezident Seyfulla Mustafayevlə dava ilə sona çatıb.

Gununsesi.info xəbər verir ki, tanınmış jurnalistin ANS-i tərk etməsinin səbəbi ilə bağlı maraqlı məlumat daxil olub.

Məlumatda bildirilir ki, dünən L.Ələşrəfqızı ilə S.Mustafayev arasında xoşagəlməz anlar yaşanıb. Bakı Film kinostudiyası üçün filmlə bağlı Ləman Ələşrəfqızı çəkiliş edib. Bir neçə nəfərdən müsahibə almalı olduğu halda tək müsahiblə kifayətlənib. Bu isə S.Mustafayevin qəzəbinə səbəb olub. ”Sən saçkavatlıq edirsən, havayı yeyənsən, burnundan gəlsin sənə verdiyim pullar” deməsi L.Ələşrəfqızını özündən çıxarıb.  (Criminal.az)

 

seyfulla mustafayev