Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb

  • By admin
  • 25 Oktyabr 2021 23:24

Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Hüseyn Rəşad oğlu Kazımova müalicə məqsədilə iynə (“prob” – Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info