Lənkəranda ağır Yol qəzasında ölənlərin adları açıqlandı - FOTOLAR

  • By admin
  • 10 Sentyabr 2016 13:20

qeza1

Lənkəranda yol qəzası baş verib.Hadisə nəticəsindı 5 nəfər ölüb.

Lənkəranda 5 nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında,tikilməkdə olan  İpək yolunun rayonun Liman şəhəri ərazisindən keçən hissəsində baş verib. Lənkəranın Boladi kənd sakini, 1963-cü il təvəllüdlü Bəxtiyar Qiyas oğlu Quliyevin idarə etdiyi  VAZ-2106  nömrə nişanlı minik avtomobili rayonun Parakənd qəsəbə sakini, 1977-ci il təvəllüdlü Eldar Zeynal oğlu Aslanovun idarə etdiyi Mersedes markalı, minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən  avtomobillərdən biri deformasiyaya uğrayıb, digəri isə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin(FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım maşınları cəlb olunublar. Xilasedicilər xüsusi alətlərin köməyi ilə VAZ-2106 markalı minik avtomobilində sıxılıb qalmış sürücünün və sərnişinlərin cəsədlərini, bir nəfər yaralını, həmçinin “Mersedes” markalı avtomobildən 6 yaralını çıxararaq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Qəzada ölən şəxslər aşağıdakılardır:

  1. Bəxtiyar Qiyas oğlu Quliyev, Lənkəran, Boladi kənd sakini, 1963-cü il təv. “VAZ-2106”-nın sürücüsü.
  2. Əzizə Ağadadaş qızı Quliyeva, sürücünün həyat yoldaşı.
  3. Bahar İmran qızı Bağırova, Boladi kənd sakini.
  4. Nazilə Hacıbala qızı Seyfullayeva, Boladi kənd sakini
  5. 1965-ci il təvəllüdlü Reyhan Fərhad qızı Mahmudova, Boladi kənd sakini.

Lənkəran MRX-a yerləşdirlmiş şəxslər bunlardır:

  1. 1977-ci il təvəllüdlü Eldar Zeynal oğlu Aslanov, “Mersedes”in sürücüsü, Parakənd qəsəbə sakini.
  2. 1974-cü il təvəllüdlü Elman Balazər oğlu Ağazadə, Parakənd qəsəbə sakini.
  3. 1979-cu il təvəllüdlü Akif Əbülhəsən oğlu Nuriyev,  Parakənd qəsəbə sakini.
  4. 1994-cü il təvəllüdlü Murad Orucəli oğlu Cəfərli, Parakənd qəsəbə sakini.
  5. 1994-cü il təvəllüdlü Elvin Həmzə oğlu Mirzəzadə, Parakənd qəsəbə sakini.

İlkin versiya kimi,qəzanın baş verməsinə səbəb sürücülərdən birinin yuxulu olması və eyni yolda hərkətə edərək bir-birini gözləməməsi olub.Hadisənin dəqiqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

qeza5

 

qeza4

 

qeza3

 

qeza2

 

qeza

 

Gununsesi.info