Lənkəranda avtomobil yanıb

  • By admin
  • 17 Aprel 2018 19:45


Lənkəran şəhərində avtomobil yanıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, hadisə şəhərin İ.Səmədzadə küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Ağəli Oruc oğlu Quluzadə həyətindəki avtomobil təmiri sexində özünün “VAZ 2106” markalı, 99 HV 642 dövlət qeydiyyat nişanlı avtomobilində qaynaq işləri apararkən maşın yanmağa başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun yayılmasının qarşısı alınsa da, nəqliyyat vasitəsi tamamilə sıradan çıxıb.

Gununsesi.info