Lənkəranda “reket jurnalistlər” həbs edildi

  • By admin
  • 01 Avqust 2016 10:35

r1

Lənkəranda sakinləri şantaj etməklə onlara  hədə-qorxu gələrək pul və zinət əşyaları alan jurnalistlər  saxlanılıb. Gununsesi.info-nun xəbərinə görə, rayonun Parakənd qəsəbə sakini Şahvələd Məmmədov, Kərgəlan kənd sakini Arzu Abdullayeva, Şağlakücə kənd sakini Hökümə Rəhimova və digərləri Lənkəran polis şöbəsinə ərizə ilə müraciət edib. Ərizədə bildirilir ki,  tanımadıqları biri qadın olmaqla 3 nəfərin AZSAMAND markalı, 90 TE 971 dövlət nömrə nişanlı minik avtomobilində onların yaşadıqları ünvana gələrək, onlara hədə qorxu gəliblər. Belə ki,özlərini Bakı şəhərindən gəlmiş polis əməkdaşları kimi təqdim edib baxıcılıq fəaliyyəti ilə məşğul olduqları üçün  onlarla getməli olacaqlarını bildiriblər.Polisə getməmək üçünsə falçılardan  müxtəlif məbləğdə pul və qızıl-zinət əşyaları alaraq aradan çıxıblar. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində AZSAMAND markalı avtomobili aşkar edilərək saxlanılıb. İlkinkin araşdırma zamanı məlum olub ki, avtomobili etibarnamə ilə idarə edən Şirvan şəhər sakini, 38 yaşlı Fariz Fazil oğlu Yəhyayev üstündə olan vəsiqələrlə özünü “Xəbərfakt” İnformasiya Portalının və Presedent ictimai-siyasi hüquq qəzetinin baş redaktoru, Kəlbəcər şəhərində qeydiyyatda olan, hazırda Xırdalan şəhərində müvəqqəti məskunlaşmış 41 yaşlı İpək Yunus qızı Məmmədova özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin redaktoru,İpək Kəlbəcərli, İpək Məmmədli və Hacıqabul şəhər sakini, 23 yaşlı İlkin Habil oğlu Məmmədov Xəbərfakt İnformasiya Portalının xüsusi müxbiri kimi təqdim edərək, Lənkəranın müxtəlif yaşayış məntələrini gəzib baxıcılıqla məşğul olan şəxslər barədə sakinlərdən məlumat toplayıblar. Daha  sonra falçıların yaşadıqları ünvana gedərək  onları ifşa edəcəkləri ilə hədələməklə pul və qızıl alaraq  aradan çıxıblar. Fariz Yəhyayev, İpək Məmmədova və İlkin Məmmədov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində də Cinayət Məcəlləsinin 178-ci,dələduzluq maddəsi ilə cinayət işi açılıb,araşdırma aparılır.

r2reket