Lənkəranda sex və içərisində olan “VAZ” yanıb

  • By admin
  • 17 Aprel 2018 22:25


Lənkəranda yanğın olub.Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda ümumi sahəsi 20 m2 olan sexdə baş verib. Nəticədə sexin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və sexin içərisində olan “VAZ” markalı avtomobilin yanar hissələri yanıb. Avtomobilin və sexin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

Gununsesi.info