Lənkəranın beş yaşlı şahmatçısı Avropa birinciliyinə vəsiqə qazandı

  • By admin
  • 29 Dekabr 2017 16:06

Lənkəranın beş yaşlı şahmatçısı Nuray Məmmədli Avropa çempionatına vəsiqə qazanıb.

Gununsesi.info xəbər verir ki, N.Məmmədli “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika çempionatının seçmə yarışında mümkün olan xalların hamısını toplayaraq final mərhələsinə vəsiqə əldə edib.

Göyçay şəhərində keçirilən final görüşündə da inamlı çıxışı ilə yaddaqalan N.Məmmədli 9 oyundan 7 xal toplayaraq ikinci yerə layiq görülüb. O, bu nəticə ilə yeddi yaşa qədər qızlar arasında Polşada keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıb.

Lənkəran Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Ceyhun Məmmədov zəka sahiblərinin çıxışlarından razı qaldığını bildirərək deyib: “Respublika çempionatında Nurayla bərabər Kənan Əhədzadə də mübarizə aparıb. O, 17 yaşa qədər şahmatçılar arasında üçüncü yerə sahib olub. Kənan ötən il Avropa çempionatında iştirak etdiyinə görə bu il də bu mötəbər yarışa qatılacaq”.

Gununsesi.info