Lənkəranlılar Azərbaycan çempionu oldu

  • By admin
  • 13 İyun 2016 10:44

 

Federation of Heavy Atletics

 

Lənkəranın ağır atletləri Bakıda yeniyetmə qızlar və oğlanlar arasında keçirilən Azərbaycan çempionatında 9 medal qazanıblar. Bu barədə Gununsesi.info-ya məlumat Ağır Atletika Federasiyasından (AAF) verilib. Ölkə çempionatına qoşulan 20 lənkəranlı idmançıdan 6 qız və 3 oğlan fərqlənib. Ağır atletçı qızların hamısı çempionatın fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıb. Lənkəran rayonunun yığma komandasının tərkibində ötən il 48 kiloqram çəki dərəcəsində Avropa çempionu olmuş Səbinə Əzimova da olub.

Qeyd edək ki, ağır atletika üzrə ölkə çempionatında yüksək nəticələr göstərən lənkəranlı idmançılar yığma komandaya təklif alıblar. Onlar yığma komandanın tərkibində Polşada yeniyetmələr arasında (15-17 yaşlılar) keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.

 

 Gülnaz Qənbərli