“Laçın və Zəngəzur eyni statusdadır” - Çavuşoğlu

“Laçın və Zəngəzur eyni statusdadır. Bunu Azərbaycan artıq bir neçə dəfə bildirib”.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.

“Azərbaycan və Ermənistan arasında qalıcı sülh müqaviləsinin bağlanması lazımdır. Ermənistan tərəfindən gec də olsa, cavab gəlir. Ermənistanın da  bu sülh müqaviləsinə ehtiyacı var. Bu əlaqələr təbii ki, Türkiyə və Ermənistan əlaqələrinə də təsir edəcək”,- nazir bildirib.

Gununsesi.info