Laçında “Ural” aşdı - ÖLƏN VAR

Laçın rayonunda ölümlə nəticələnən qəza baş verib.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info