Putin Ukraynada ölənlərin ailələrinə kömək edəcəyinə söz verdi

  • By admin
  • 09 May 2022 11:41

Rusiya Prezidenti Vladimir Putin Ukraynada həlak olan hərbçilərin ailələrinə və uşaqlarına yardım vəd edib.

Gununsesi.info xəbər verir ki, Rusiya lideri bu barədə Moskvada keçirilən qələbə paradında bildirib.

“Hər gün əsgərlərin ölümü hamımız üçün kədərlidir, biz ölənlərin ailələrinə kömək etməyə hazırıq, bunun üçün söz veririk”,- Putin çıxışında deyib.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında faşizm üzərində qələbənin 77 illiyinə həsr olunan parad keçirilir.

Gununsesi.info