Lavrov MAQATE direktoru ilə görüşdü

  • By admin
  • 10 Mart 2022 17:33

Ukraynanın AES-ləri ətrafında cərəyan edən hadisələr fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov MAQATE direktoru Rafael Qrossi ilə görüşüb.

Gununsesi.info  “RİA Novosti”yə istindən xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində baş tutub.

Xatırladaq ki, hazırda Ukraynanın Çernobıl və Zaporojye AES-ləri Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir.

Gununsesi.info