Lavrov nüvə müharibəsindən danışdı

  • By admin
  • 03 Mart 2022 13:55

NATO ölkələri və Ukrayna nüvə müharibəsi ehtimalından danışır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə şərtləri hərbi doktrinada təsvir olunub.

“Orada gərginliyin azaldılması naminə heç bir eskalasiya yoxdur, çünki Qərb analitikləri bizə irad tutmağa çalışırlar. Amma hazırda nüvə müharibəsi ilə bağlı söhbət gedir. Mən sizdən verilən bəyanatlara diqqətlə baxmağınızı xahiş edirəm”, – deyə nazir Rusiya və xarici mediaya müsahibəsində bildirib.

Gununsesi.info