
Xarici işlər nazirləri girovların dəyişdirilməsini müzakirə ediblər.
Gununsesi.info xəbər verir ki, ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində Vyanada Rusiya və Ukrayna XİN başçıları Sergey Lavrovla Pavel Klimkin arasında görüş keçirilib.
Görüş barəsində öz Twitter səhifəsində məlumat verən Ukrayna XİN başçısı P.Klimkin bildirib ki, görüş zamanı Donbasdakı girovların dəyişdirilməsi məsələsi müzakirə olunub: “Biz yaxın həftələrdə bu məsələni həll etməliyik”.
Gununsesi.info











