

Dağlıq Qarabağ münaqişəsindəki proqress Ankara İrəvan arasında münasibətlərin normallaşamasında əsas açar rolunu oynaya bilər.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı jurnalistlərin verdiyi sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, əgər Ermənistan və Türkiyə Qarabağ münaqişəsini nəzərə almadan münasibətləri normallaşdırmaq istiqamətində üzərlərinə götürdükləri öhdəlikləri müzakirə etmyə başlarlarsa, biz bundan ancaq şad olarıq: “Ancaq bizim düşüncəmizə görə, Dağlıq Qarabağ münaqişəsindəki irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayacaq”.
Lavrov onu da əlavə edib ki, Türkiyə Ermənistanın və Dağlıq Qarabağın mühasirədən çıxmasında , xüsusən də iqtisadi, loqistik, nəqliyyat və infrastrukturu baxımdan regionda qarşılıqlı münasibətlərin təmin olunmasında müstəsna rol oynaya bilər.
Gununsesi.info