Lavrovla Tillerson nəyi müzakirə etdi?

  • By admin
  • 03 Avqust 2017 22:04

lavrov_ve_tillerson

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson  telefon danışığı zamanı ili ölkə arasındakı münasibətlərdə son vəziyyəti müzakirə ediblər.

 Gununsesi.info-nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

Tərəflər 6-8 avqust tarixlərində Manilada keçiriləcək ASEAN-ın təhlükəsizlik üzrə forumu çərçivəsində baş tutacaq görüş zamanı Rusiya-ABŞ münasibətlərinin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin perspektivlərini və ikitərəfli əlaqələrin hazırkı vəziyyətini hərtərəfli müzakirə edilməsinə dair razılığa gəliblər” – deyə, məlumatda bildirilir.

Gununsesi.info