Lavrovla Tillerson terrorizm və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcək

  • By admin
  • 06 Aprel 2017 17:05
Reks Tillerson
ABŞ dövlət katibi Reks Tillersonun aprelin 11-də Moskvaya səfəri zamanı həmkarı Sergey Lavrovla əsas müzakirə  predmeti iki ölkənin terrorizmə qarşı birgə mübarizə məsələsi olacaq.
Gununsesi.info “rian.ru”-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
XİN rəsmisinin sözlərinə görə, onların dünyanın müxtəlif bölgələrində baş verən  hadisələr, o cümlədən, Sankt-Peterburqda baş verən  faciə fonunda  ABŞ-la  istənilən məsələdə  dərindən əməkdaşlıq etməkdə maraqlıdırlar.
“Çünki bu əməkdaşlıq dünyanın təhlükəsizliyi baxımından  önəmlidir.  Əgər qarşı  tərəf razı olarsa, biz  bu sahələrdə birgə əməkdaşlığa hazırıq”- deyə, S. Ryabkov bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi R.Tillerson aprelin 11-12-də ikigünlük Moskvaya işgüzar səfər edəcək. 
Tillersonun Moskvaya  bu səfəri Donald Tramp Amerika prezidenti seçildikdən  sonra  bu ölkənin xarici siyasət idarəsinin rəhbərinin ilk səfəridir.
 Mürtəza
 Gununsesi.info