Lerikə qar yağır - RAYON MƏRKƏZİNDƏN KƏNDLƏRƏ GEDİŞ-GƏLİŞDƏ ÇƏTİNLİKLƏR YARANIB

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 09:20

lerik

Ötən gecədən başlayaraq cənub bölgəsinin dağlıq rayonlarına qar yağır. 

Gununsesi.info “report”a istinadən xəbər verir ki, aramsız yağışlardan sonra havanın temperaturu daha da aşağı düşüb.

Dağlıq rayonlardan olan Lerikin mərkəzində 5 santimetr, yuxarı dağlıq ərazilərdə 15 sm-ə qədər, Yardımlıda mərkəzə 2-3 santimetr, yuxarı kəndlərdə 10 sm-ə qədər qar düşüb.

Digər dağətəyi yaşayış məntəqələrində sulu qar yağır.

Rayon Fövqəladə hallar üzrə komissiyalardan hər hansı bir çətinliyin yaşanmadığı, elektrik enerjisi və mavi qazın verilişində açılmaların olmadığı bildirilib.

Gununsesi.info