Lerik sakini məktəbin damından yıxılaraq ölüb - SUMQAYITDA

  • By admin
  • 21 Avqust 2017 11:58

fehle5-at-10.26.48

Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayondakı 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info