Putinin real varislərinin adları açıqlanıb - SİYAHI

  • By admin
  • 21 Avqust 2017 12:04

putin

Putinin real varislərinin sihahısı açıqlanıb. Onların sırasında Çeçenistanın lideri Ramzan Kadırovun da adı yer alıb.

Gununsesi.info “kommersant”a istinadən xəbər verir ki, “Peterburq siyasəti” fondu Rusiya prezidenti Vladimir Putinin mümkün varislərinin reytinq cədvəlini hazırlayıb.

Putinin varisləri ilə bağlı hazrılanan reytinq cədvəlinə baş nazir Dmitriy Medvedyev və Moskvanın meri Sergey Sobyanin liderlik edir.

Putini ən real əvəz edə biləcək 20 nəfərlik siyahıda Çeçenistanın rəhbəri Ramzan Kadırov və müxalifətçi Aleksey Navalnıy da yer alıb.

Putinin varislərinin reytinq cədvəlində hansı siyasətçinin onunla dah çox görüşü, isti münasibətinin olduğu, ictimaiyyətin gözləntisi və digər kriteriyalar əsas götürülüb.

Fondun hazırladığı reytinq cədvəlinə 20 şəxsin adı düşüb ki, bunlar da 2018-2024-cü illərdə Rusiyanın siyasi hakim elitasını formalaşdıracaq.

Reytinq cədvəlində Dmitriy Medvedyev 21 balla 1-ci, Sergey Sobyanin 19 balla ikinci, Tulanın qubernatoru Aleksey Dumin 18 bala 3-cü yeri bölüşdürür.

İlk onluqda müdafiə naziri Sergey Şoyqu, Federasiya Şurasının sədri Valentina Matvienko, sabiq maliyyə naziri Aleksey Kudrin, prezident administrasyasının rəhbəri Anton Vayno, onun müavini Sergey Kirienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, “Rosneft”in rəhbəri İqor Seçin yer alıb. Çeçenistan rəhbəri Ramzan Kadırov reytinq cədvəlində 13-cü, müxalifətçi Aleksey Novalnıy isə 18-ci yerdə qərar tutub.

Gununsesi.info