Türkiyədə Atatürkə qarşı böyük hörmətsizlik - FOTOLAR 

  • By admin
  • 21 Avqust 2017 12:10

ataturk2

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ilk dəfə ayaq basdığı yerdə ona çiçək verən Aytən Alpərin heykəlinə hücum edilib. Heykəl Zonqulda şəhər bələdiyyəsinin təşəbbüsü ilə ucaldılıb.

Gununsesi.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, məhz hadisə də Zonquldaq şəhərində baş verib.

Naməlum şəxs və ya şəxslər hücum edərək heykəlin qolunu və əlindəki çiçəyi qırıblar. Heykəldəki dekorativ kömür parçaları ətrafa dağılıb.

Heykələ olunan hücum ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb və kəskin qınaq obyektinə çevrilib.

Ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) Məclis üzvü Fikrət Zaman bildirib ki, yaxın günlərdə heykəlin rəsmi açılış mərasimi keçiriləcəkdi. “Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Zonquldağa gələrkən ilk dəfə ayaq basdığı yerdə ona çiçək verən uşağın çiçəyini qırmaq çox çirkin bir davranışdır. Bunu edənlər, bu heykəlin mənasın bilsələr ona toxunmazlar. Əksinə hər gün gəlib heykəlin tozunu təmizləyərlər”, – deyə Fikrət Zaman qeyd edib.

Cumhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədri Cevat Bulut heykələ qarşı tәşkil edilәn hücumu qınayıb. “Heykəlin qırılmış qolu təkrar bərpa ediləcək. Heykəl qısa müddətdə əvvəlki vəziyyətinə gətiriləcək”, – deyə sədr bildirib.

Xatırladaq ki, Mustafa Kamal Atatürk 26 avqust 1931-ci ildə gəmiylə Zonquldağa səfər edib.

12

10

09

07

06

05

Anar

Gununsesi.info