Lerikdə qadın bıçaqlandı

  • Müəllif: admin
  • 30 İyun 2017 22:45

bicaq_qadin_000
Lerik rayonunda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hamarmeşə kəndində baş verib.

Kənd sakini, Nəhmətova Ülviyyə bıçaq xəsarətləri alıb. Onun Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info