Leyla Əliyeva valideyn himayəsindən məhrum uşaqlarla birgə əyləncə proqramında iştirak etdi - FOTO

  • By admin
  • 30 İyun 2017 22:56

leyla-leyla

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib.

Gununsesi.info xəbər verir ki, uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər.

“CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər.

Gununsesi.info