Tovuzda yol qəzası olub, yaralananlar var

  • By admin
  • 30 İyun 2017 22:56

avtoqeza
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında rayonun Eyyublu kəndində qeydə alınıb.
Belə ki, “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində sürücülər və bir sərnişin xəsarət alıb. Onlardan biri – kənd sakini, 1987-ci il təvəllüdlü Zaur Nizami oğlu Həsənovun vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info