Leyla Əliyevanın qızı Əminənin yeni görüntüləri yayıldı - FOTO

  • By admin
  • 15 İyul 2016 17:15

emine1

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa gütürdüyü qızı Əminənın tam görüntüləri yayılıb. Gununsesi.info-nun məlumatına görə, Leyla Əliyeva rəsmən boşandıqdan sonra da dost münasibətdə qaldığı keçmiş həyat yoldaşı Emin Ağalarovun sosial şəbəkələrdə Əminəni görüntülərini paylaşıb.

Belə ki, ötən gün Yaşıl Teatrda konsert proqramı verən Emin bu səhəri əkizləri – Əli və Mikayıl və balaca Əminəylə keçirib. Emin Ağalarov uşaqlarla selfi edərək hər kəsi salamlayıb.

Qeyd edək ki, əkiz oğlan anası olan Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı 1 il əvvəl övladlığa götürüb. Bu barədə ictimaiyyətə Fondun icraçı direktoru Anar Ələkbərov açıqlama verib.

Xatırladaq ki, Leyla Əliyeva və Emin Ağalarov 30 aprel 2006-cı ildə ailə qurublar. 1 dekabr 2008-ci ildə cütlüyün Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Onlar ötən ilin may ayında rəsmən boşandıqlarını elan ediblər.

 

emine

Xəyalə Xanəziz