Leysan 61 adamın ölümünə səbəb oldu

  • By admin
  • 04 İyul 2016 00:14

leysan

Çində leysan yağışları nəticəsində ən azı 61 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, iki həftə ərzində davam edən leysan yağışlar nəticəsində daha 14 nəfər itkin düşmüş sayılır.

Leysan yağışlarından daha çox Çinin mərkəzi hissəsi Xubey əyalət və ölkənin şərqindəki Anhoy zərər çəkib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu əyalətlərdə müvafiq olaraq 34 və 27 nəfər ölüb.