“Barselona” müdafiəçisini göndərir

  • By admin
  • 03 İyul 2016 19:27

barca

“Barselona”nın müdafiəçisi Adriano yaxın zamanda klubdan ayrıla bilər.
İdmanxeber.com-un ispan mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi braziliyalı futbolçunu İtaliyaya göndərməyə hazırdır.
31 yaşlı futbolçu ilə “Latsio” klubu yaxından maraqlanır. “Barselona” Adriano üçün romalılardan 1,5 milyon avro tələb edir.
Qeyd edək ki, 2010-cu ildən “Barselona”da çıxış edən Adriano keçirdiyi 115 oyunda 9 qol vurub.