İsti yay aylarında bütün digər orqanlar kimi böyrəklər də gərginliklərə məruz qalır.
Bu səbəbdən həkimlər isti havada böyrəklərin sağlamlığına qarşı daha diqqətli olmağı və müəyyən qaydalara riayət etməyi tövsiyə edirlər.
Sizə həkimlərin bəzi tövsiyələrini təqdim edirik:
– Susuzluğa yol verməyin. Susuzluq zamanı qan qatılaşır, böyrəklərə artıq güc düşür ki, bu da böyrəklərin sağlamlığına ziyan vurur.
Həmçinin susuzlaşma böyrəklərdə daşların əmələ gəlməsinin riskini də artırır.
Lakin birdən çoxlu su içmək də böyrəklər üçün ziyanlıdır. Bu ödemlərin əmələ gəlməsinə səbəb ola bilər.
Yanınızda hər zaman 1 butulka təmiz su saxlayın tez-tez və az-az su için. Sağlamlıq buna yol verirsə, gün ərzində 2 l təmiz su için.
– Yayda insanların əksəriyyəti çimərliklərdə dincəlməyi xoşlayır. Burada böyrəklərimizi növbəti təhlükə gözləyir.
Sudan çıxdıqda dərhal paltarınızı dəyişin. Nəm paltarda oturmayın. Bu böyrəklərin sağlamlığına ciddi ziyan vura bilər.
– Yayda ət qidalarının miqdarını azaldın. Bu qidalar qanı daha da “qatılaşdırır”. Daha çox meyvə-tərəvəz yeyin.
– Çay, qəhvə, tərkibində kofein olan sərinləşdirici içkilərin qəbulunu azaldın. Bu içkilər sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır.
İsti havada böyrəklərinizi qoruyun -Xəbərdarlıq
- By admin
- 03 İyul 2016 19:22
DİGƏR XƏBƏRLƏR
-
19 Aprel 2024 14:31
ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır
-
18 Aprel 2024 23:00
Gənc həkimə böyük etimad
-
18 Aprel 2024 22:03
ÜST: Martda 25 mindən çox insan vəbaya yoluxub
-
18 Aprel 2024 19:36
Respublika Pediatriya Mərkəzi yaradılıb
-
17 Aprel 2024 19:38
Rusiyadan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlanıb
-
17 Aprel 2024 19:20
Tibb müəssisələrində yenilik
-
17 Aprel 2024 15:50
Nazirlik qan duruldan dərmanlarla bağlı əhaliyə xəbərdarlıq edib
-
15 Aprel 2024 11:44
Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb
-
14 Aprel 2024 15:00
Şuşada ilk elmi toplantı keçirilib
-
08 Aprel 2024 22:43
Qara çay hansı virusu məhv edir?
-
07 Aprel 2024 15:42
Xərçəng hüceyrələrini məhv edən yeni kəşf
-
07 Aprel 2024 13:51
Bu gün Ümumdünya Sağlamlıq Günüdür