“LG” şirkətinin prezidenti dünyasını dəyişdi

  • Müəllif: admin
  • 20 May 2018 13:47

“LG” Şirkətlər Qrupunun sədri Ku Bon Mu dünyasını dəyişib.

73 yaşlı biznesmen Seulda vəfat edib. Cümə axşamı xəstəxanaya çatdırılan Mu ağır vəziyyətdə olub. O, bu il bir neçə beyin əməliyyatı keçirib.
Qeyd edək ki, Ku Bo Mu “LG” şirkətini 23 il idarə edib. Şirkət 1995-ci ildən onun rəhbərliyindədir. Səhhətində yaranan problemlərə görə iş adamı şirkətin idarəsini sədr müavini olan balaca qardaşı Ku Bon Çjuna həvalə etmişdi.