“Lider Cola” partlayışdan sonra - FOTOLAR (ÖZƏL)

  • By admin
  • 05 İyul 2016 11:05

lider

 

Paytaxtın Binəqədi rayonu Xocahəsən qəsəbəsində yerləşən səhər saatlarında “Lider Cola” şirkətinə məxsus istehsal fabrikində  partlayış baş verib. Gununsesi.info xəbər verir ki, partlayış  zamanı müəsisədə heç kim olmayıb.Partlayış isə  karbon qazının yığılıb saxlanılan çənində baş verib. Hadisə  nəticəsində yaranan təzyiq ətrafda olan 3 evə zərər vurub.Təzyiqdən evlərin damı o cümlədən pəncərlər sınaraq yerə tökülb. Bir evin içərisində olan çılçıraq isə qırılaraq yatağa düşüb. Ev sahiblərinin dediyinə görə imsaka oyanıb həyətyanı əraziyə düşüblər. Elə hadisə bu vaxt baş verib.

Baş vermiş hadisə zamanı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları o cümlədən Binəqdi rayon polis idarəsinin rəisi və bir neçə polis bölməsinin əməkdaşları gəlib.

Partlayış o qədər güclü olub ki hadisənin baş veridyi ərazidən bir neçə yüz metr aralıda Biləcəri qəsəbəsində yerləşən evin həyətyanı sahəsinədə ziyan dəyib.

Səbəb isə  çənin bir qəlbəsinin ora düşməsi olub. Bundan başqa yaxınlıqda yerləşən supermarketin də şüşələri qırılaraq yerə düşb.

Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırlır.

 

lider1

 

lider2

 

lider3

 

lider4

 

lider5

 

lider6

 

lider7

 

lider8

 

lider9

 

Gununsesi.info