Lider TV bağlanır?

  • By admin
  • 11 May 2020 10:20

Lider TV-nin yenidən başı üzərində qara buludlar dolaşmağa başlayıb.

Gununsesi.org-a adıçəkilən telekanalda çalışan əməkdaşların verdiyi xəbərə görə, telekanalda çoxsaylı işçilərə öz hesabına bir neçə aylıq məzuniyyətə getməklə bağlı ərizə yazdırılıb. Telekanalda bütün əsas layihələr dayandırılıb. Buna maliyyə problemi səbəb göstərilib. Eyni zamanda, bir neçə aydır ki, telekanala maliyyə yardımı ayrılsa da, əməkdaşlar öz maaşlarını ala bilmirdilər.

Gununsesi.org