Lionel Messi son 10 ilin 100 ən yaxşı futbolçusu siyahısına başçılıq edir

  • By admin
  • 29 Dekabr 2019 10:41

Son 10 ilin 100 ən yaxşı futbolçusunun reytinq siyahısı açıqlanıb.

Gununsesi.org-un məlumatına görə, “Give me Sport” nəşrinin dərc etdiyi siyahıda İspaniyanın “Barselona” klubunun və Arentina millisinin hucumçusu Lionel Messi ilk pillədə yer alıb. İkinci yer İtaliya “Yuventus”unun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronalduya məxsusdur. “3-lüy”ü hazırda Yaponiya “Vissel Kobe”sində çıxış edən “Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta qapayır.

Sonrakı 4 pillədə də Kataloniya təmsilçisinin keçmiş və hazırkı futbolçularından Xavi (karyerasını bitirib, hazırda Qətərin “Əl-Sədd” komandasının baş məşqçisidir), Neymar (PSJ, Fransa), Dani Alves (“San-Paulu”, Braziliya) və Luis Suares yer alıb. “10-luğ”a “Real Madrid”in hazırkı oyunçularından Serxio Ramos (“Real Madrid”, İspaniya) və Luka Modriç (“Real Madrid”, İspaniya) də düşüb. Robert Levandovski (“Bavariya”, Almaniya) isə onların arasında – 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Lionel Messi bu il karyerasında 6-cı dəfə “Qızıl top”un sahibi olub.

 

Gununsesi.org