Musa Musayev “vurulan” YAP funksionerlərinin siyahısını yaydı – PARTİYADA DƏYİŞİKLİKLƏRƏ EHTİYAC VAR

  • By admin
  • 29 Dekabr 2019 10:47
Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü keçmiş icra başçısı Musa Musayev özünün sosial şəbəkə hesabında maraqlı qeydlər paylaşıb. Hakim partiyadakı duruma diqqəti cəlb edən Musa Musayev son zamanlar “vurulan” partiyadaşlarının da adlarını açıqlayıb.
Gununsesi.org həmin qeydləri təqdim edir:
“Sabahınız xeyrirə açılsın, mənim istəkli və dəyərli dostlarım !
Bu gün bir araşdırma apardım. Son dövrlərdə vəzifədən uzaqlaşdırılanlar YAP-nın rəhbər strukturlarında təmsil olunanlardır :
1. Eli Həsənov – Baş nazirin müavini , YAP-ın sədr müavini , İdarə heyətinin üzvü.
2.Hacıbala Abutalıbov – Baş nazirin müavini , YAP-nın İdarə Heyətinin üzvü , 91-lərdən biri.
3. Əli Həsənov – Prezidentin köməkçisi , YAP-ın İdarə Heyətinin üzvü.
4. Ramiz Mehdiyev – Prezident adminstrasiyasının rəhbəri , YAP-ın Siyasi Şurasının üzvü.
5. Bahar Muradova – Milli Məclisin sədr müavini , YAP-ın İcra katibinin müavini.
6. Arif Rəhimzadə – Deputat , YAP-ın İdarə heyətinin üzvü , 91-lərdən biri.
7. Yaqub Mahmudov – Deputat , YAP-ın Siyasi Şurasının üzvü.
8. Mirkazım Kazımov – Deputat , YAP-ın Siyasi Şurasının üzvü.
9. Rafik Məmmədhəsənov – Deputat , YAP-ın Siyasi Şurasının üzvü , 91-lərdən biri.
10. İlham Əliyev – Deputat , YAP-ın Nəzarət Təftiş Komissiyasının üzvü.
11. Novruz Memmedov – Baş nazir , YAP-nın Siyasi şurasının üzvü.
12. Şemseddin Hacıyev – Deputat , YAP Səbail rayon təşkilatının sədri.
Hebs edilənlər :
1. Nizaməddin Quliyev – Ağstafa RİH-nin başçısı, uzun müddət Goranboy rayon YAP-ın sədri olub.
2. Ramiz Tatarov – RİH-nin başçısını müavini , Ağstafa rayon YAP-ın sədri.
3. Qoca Səmədov – Yevlax ŞİH-nin başçısı , Yevlax şəhər YAP-ın sədr müavini, İdarə heyətinin üzvü.
Partiyamızın sədri , cənab Prezident bütün sahələrdə: Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində, İcra strukturlarında, Parlamentdə islahatlar aparır və bu istiqamətdə işlər uğurla davam edir, eyni zamanda vetendaşlarımız, xarici təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Mən düşünürəm ki, nəhayet yaxın zamanda YAP-ın rəhbər strukturlarında və mərkəzi aparatında, rayon təşkilatlarında TƏCİLİ İSLAHATLARA başlanılmalıdır. YAP üzvlerinin sayı artıq 800 000-ə yaxınlaşır, bu mənadan köhnə streotiplərlə partiyanı idare etməyə son qoyulmalıdır. YAP-da YENİLƏŞMƏYƏ ehtiyac var”.