
İyunun 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında qızlar liqalarında fəaliyyət göstərən məşqçilərin iştirakı ilə iclas keçirilib.
Gununsesi.info AFFA-nın saytına istinadən xəbər verir ki, sonra Yüksək Liqanın 2016/17-ci il mövsümündə yüksək yerləri tutan komandaların mükafatlandırma mərasimi keçirilib.
“Qəbələ”, “Fidan” və “Sumqayıt” komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim edilib.
Liqanın ən yaxşı oyunçusu Vüsalə Seyfəddinova (“Sumqayıt”), ən yaxşı məşqçisi isə Dilarə Əhmədova (“Qəbələ”) seçilib. Mövsüm ərzində 21 qol vuran Süsən Mənsimzadə (“Fidan”) isə liqanın ən sərrast futbolçusu olub.
Qeyd edək ki, mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, baş katibin müavini Sərxan Hacıyev və müğənni Samirə Allahverdiyeva təqdim ediblər.
Anar
Gununsesi.info









