“Livanda atəşkəsin əldə olunacağına inam azdır” -ŞƏRH

“Livanda davamlı atəşkəsin əldə olunacağına inam azdır. Çünki 1980-ci illərdən bəri müxtəlif dövrlərdə toqquşmalar davam edir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib:

Burada əsas məsələ Livanın özü deyil. Hizbullahın əlində olan silah və tərəfdar qüvvələr Livan ordusundan daha güclüdür və İranın təsiri altındadır.

Hər dəfə atəşkəs razılaşdırıldığı bildirilsə də, qısa müddət sonra yenidən hücumlar baş verir. Bir raket atışı belə qarşı tərəfin cavab zərbəsinə səbəb olur və vəziyyət yenidən gərginləşir.

Hazırda Trampın bu istiqamətdə də vasitəçilik etməyə çalışdığı, Livan prezidenti ilə İsrailin baş nazirini görüşdürmək istədiyi qeyd olunur. Məqsəd razılaşmaya nail olmaqdır.

Lakin Hizbullah bu razılaşmanı tanımasa və hücumları davam etdirsə, əldə olunan razılaşmanın icrası mümkün olmayacaq.

Bu baxımdan, bu istiqamətdə də yaxın zamanda ciddi irəliləyiş gözlənilmir”.

 

 

 

Şəbnəm

Gununsesi.info