Livanda etirazçılar Prezidentin istefasını tələb edir

  • By admin
  • 11 Avqust 2020 20:33

Çərşənbə axşamı günü Livan paytaxtında hökumət əleyhinə etiraz aksiyaları yenidən başlayıb.

Gununsesi.info bildirir ki, bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

Onun məlumatına görə, etirazçılar partlayış nəticəsində dağılmış Beyrut limanının girişinə toplaşıblar.

Manifestantlar hökumət əleyhinə şüarlar səsləndirir, Livan Prezidenti Mişel Aunun istefasını və parlamentin buraxılmasını tələb edirlər.

 

 

Gununsesi.info