Livanda qarşıdurmalarda 7 nəfər yaralanıb

  • By admin
  • 27 Oktyabr 2019 16:07

Livanın şimalında etirazçılar və hərbçilər arasında baş verən qarşıdurmada ən azı 7 nəfər yaralanıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə “Al Mayadeen” telekanalı bildirib.

Məlumata əsasən, qarşıdurmalar Livan ordusu Bəddavi rayonunda Tripoli limanı (Beyrutdan 90 km) və Akkar dağlıq bölgəsi arasındakı magistral yolunu bağlamağa cəhd edəndən sonra başlayıb.

Baş nazir Saad Haririnin müraciətindən sonra ordu Beyrut və ölkənin əyalətləri arasında nəqliyyat əlaqələrini bərpa etmək üçün səylərinə qoşulub.

 

Gununsesi.org