Liviyada İŞİD-ə qarşı əməliyyatlar: 36 ölü

  • By admin
  • 22 İyun 2016 15:10

Liviya

 

Liviyanın Sirte şəhərində Milli Etimad Hökumətinə bağlı birliklərlə İŞİD arasında dünəndən bəri davam edən döyüşlərdə hökumət güclərindən 36 əsgər həlak olub.
Gununsesi.info xəbər verir ki, döyüşlər hər gün şiddətini artıraraq davam edir.
Misrata dövlət xəstəxanasından verilən yazılı açıqlamada İŞİD-ə qarşı əməliyyata başlayan Milli Etimad Hökumətinə bağlı Əl Bunyanul Mersus (Möhkəm quruluş-red.) güclərinə aid 36 əsgərin cəsədinin xəstəxanaya gətirildiyi duyurulub.
Xəstəxana rəhbərliyi İŞİD-in itkilərinin onlarla olduğunu ifadə edib.
Qeyd edək ki, Liviyada Milli Etimad Hökumətinə bağlı ordu uzun müddətdir ki, ölkənin şimalında İŞİD-lə savaşır.
Sirte şəhəri 2015-ci ilin yanvarından İŞİD-in əlində idi.
Milli Etimad Hökumətinə bağlı qüvvələrin bu il iyun ayının 13-də şəhəri İŞİD-dən azad etdiyi bildirilib.  (Musavat.com)