Nazirlik: “Qarpız və yemiş alanda diqqətli olun”

  • By admin
  • 22 İyun 2016 15:13

qarpz

 

Yerli istehsalın artması İran və Türkiyə mənşəli qarpız və yemiş məhsullarının Respublikaya idxal olunmasının azalmasına, ölkəmizin isə  ixrac potensialının artmasına səbəb olub.  Kənd Təsərüfatı Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, təkcə iyun ayı ərzində 57,5 ton qarpız, 16 ton yemiş məhsulu Rusiya Federasiyasına ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır.

Son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının  37 mq\kq, yemişdə isə 72mq\kq olduğu məlum olub.

Müqayisə ücün bildirək ki, qarpızlarda nitratların norması  60 mq\kq, yemişdə isə 90mq\kq–dır. Sevindirici haldır ki, müayinələr zamanı məhsullarda insan  saglamlığı ücün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına  rast gəlinməyib.

Dövlət Fitosanitar Nəzarəti Xidməti istehlakcıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə dəvət edir. Əzik, catlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər  düzgün temperatura riayət olunmaqla, məhsul soyuduca saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün hec bir təhlükə yarana bilməz.