“Lokomotiv” Azərbaycan çempionu oldu

  • Müəllif: admin
  • 29 Mart 2017 17:49
d644782b-2fc8-430f-bc9b-65d744097c97
Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşib. 
Gununsesi.info-nun məlumatına görə, Bakının “Lokomotiv” klubu çempionatın bitməsinə bir tur qalmış qızıl medalları təmin edib.
“Dəmiryolçular” buna Yüksək dəstənin II pley-off mərhələsinin V turunda nail olub. Naxçıvanda keçirilən II dövrənin 2-ci oyun günündə “Neftçi” ilə görüşən “Lokomotiv” 3:1 hesabı ilə qalib gəlib.
Xal hesabını 15-ə, izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran “dəmiryolçular” bununla da çempion tituluna yiyələnib.

Gununsesi.info