Londonda yəhudi bayramında güclü partlayış

  • By admin
  • 03 May 2018 09:51
İngiltərənin paytaxtı Londonda güclü partlayış meydana gəlib.
Qaynarinfo The Sun-a istinadən xəbər verir ki, hadisə yəhudilərin tonqal qalayaraq keçirdiyi bayramda baş verib. Bir nəfər mobil telefonunu tonqala tullayıb və güclü partlayış yaranıb. Nəticədə 30 nəfər yaralanıb. Əraziyə təcili yardım xidməti və yəhudilərin könüllü tibbi yardım qrupu “Hatzola” cəlb edilib. Yaralananlardan 10-u yanıq xəsarəti alıb, 20 nəfər isə partlayışdan sonra yaranan basabasda zədələnib.