
Tailand sakini lotereyadan 1,3 milyon dollardan çox məbləğ udduqdan sonra evində ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, meyitin üzərində üzrxahlıq məktubu aşkar edilib.
Məktubda yazıb ki, lotereyada böyük məbləği udduqdan sonra bu hadisəni öz yaxınları ilə qeyd edib. Amma daha sonra həmin uduşlu lotereya biletini itirib.
Məlum olub ki, nəticədə həmin şəxs öz yaxınlarına üzrxahlıq məktubu yazaraq intihar edib.
Gununsesi.info












