
Rusiyanın Samara şəhərində futbol üzrə dünya çempionatının keçiriləcəyi günlərdə qonaqlar üçün üzən mehmanxanalar fəaliyyət göstərəcək.
Gununsesi.info xəbər verir ki, həmin müddətdə Samarada Volqa çayı boyunca gəmilər hotel xidmətləri təqdim edəcək.
Hazırda bu layihə ilə əlaqədar kruiz şirkətləri danışıqlar aparılır.
Qeyd edək ki, Rusiyada 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Oyunlar ölkənin 11 şəhərində baş tutacaq. Samarada 6 oyunun keçirilməsi nəzərdə tutulur.
Gununsesi.info












