
Roberto Mançini Sankt-Peterburqun “Zenit” futbol klubuna baş məşqçi təyin olunub.
Gununsesi.info xəbər verir ki, italiyalı mütəxəssis klubla üçillik müqavilə imzalayıb.
Mançininin məşqçilər korpusunun ümumi məvacibi ildə 7,5 milyon avro olacaq.
Xatırladaq ki, Mançini “Fiorentina”, “Lasio”, “İnter”, “Mançester Siti və “Qalatasaray”da baş məşqçi olub. O karyerası ərzində məşqçi kimi İtaliya və İngiltərə çempionluğunu qazanıb.
Gununsesi.info









