“Lufthansa” 1000-dən çox uçuşu ləğv etdi

  • By admin
  • 26 İyul 2022 20:00

Almaniyanın milli hava yolu şirkəti “Lufthansa” 1000-dən çox aviareysi ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib.

Buna səbəb şirkətin personalının 27 iyul tarixində tətil xəbərdarlığıdır.

Bildirilib ki, tətil xəbərdarlığına görə Münhen və Frankfurtda bütün uçuş cədvəli ləğv edilib.

Qeyd edilib ki, Frankfurtda 32-si bu gün, 646-sı isə sabah olmaqla 678, Münhendə 15-i bu gün, 330-u sabah olmaqla 345 reys baş tutmayacaq. Açıqlamada həmçinin vurğulanıb ki, uçuşların ləğvindən təxminən 134 min sərnişin əziyyət çəkəcək.

Gununsesi.info