Lukaşenko prezident seçkilərinin tarixini açıqladı

  • By admin
  • 04 May 2020 16:32

Belarus dövlət başçısı Aleksandr Lukaşenko ölkədə prezident seçkilərinin yayda keçiriləcəyini açıqlayıb.

Gununsesi.org “Belta” informasiya agentliyinə istinadən xəbər verir ki, Lukaşenko bildirib ki, ölkə konstitusiyası prezident seçkilərinin vaxtını dəyişdirməyi qadağan edir.

“Seçkiləri keçirəcəyik, yaxın vaxtda tarixini dəqiqləşdirəcəyik. Seçkilər dəqiq yayda keçiriləcək. Son müddət avqustun sonudur”, – deyə Lukaşenko qeyd edib.

 

Gununsesi.org