![](https://www.gununsesi.info/wp-content/uploads/2016/08/itkin-komissiyasi-250x200.jpg)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına yeni üzv təyin ediləcək.
Gununsesi.info xəbər verir ki, komissiya üzvlərindən biri – səhiyyə nazirnin müavini Abbas Vəlibəyovun vəfat etməsi məsələni gündəmə gətirib.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sədr, katib və 30 üzvdən ibarətdir.
Komissiyaya Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev rəhbərlik edir.
Gununsesi.info