Məhəmmədrəsul Məcidov II raundda qalib gəlib

  • By admin
  • 15 May 2017 21:06

1494865743-8012

 

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında +91 kq çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov 1/4 final mərhələsindəki çıxışını qələbə ilə bitirib.

İkiqat dünya çempionumuz ikinci qarşılaşmasında Uosri Hafizi (Misir) mübarizədən kənarlaşdırıb. O, rəqibinin ikinci raundda mübarizədən imtina etməsi səbəbindən qalib elan olunub.

Məcidov yarımfinalda Hüsseyn İaşaişlə (İordaniya) üz-üzə gələcək. Görüş mayın 17-də keçiriləcək.

Qeyd edək ki, Məcidov 1/2 finala yüksələn 5-ci boksçumuz olub. Ondan öncə Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Teymur Məmmədov (91 kq) da özü üçün ən azı bürünc medalı təmin ediblər.

 

Gununsesi.info