Məscidə hücum edən terrorçu 21 il həbs cəzası aldı

  • By admin
  • 11 İyun 2020 15:33

Norveçin paytaxtı Oslo yaxınlığında məscidə hücum edən terrorçu Filip Manshaus 21 il müddətinə həbs cəzasına məhkum olunub.

Gununsesi.org-un məlumatına görə, bildirilib ki, bu, Norveçdə qanunla müəyyənləşdirilən ən ağır cəza hesab olunur.

Xatırladaq ki, Manshaus 10 avqust 2019-cu ildə 17 yaşlı bacısını evdə silahla vuraraq öldürüb, daha sonra isə avtomobillə məscidə gələrək qapısına atəş açmağa başlayıb.

Hadisə zamanı 3 nəfər sağ qalıb, təcavüzkarın qarşısını almağa çalışan 1 nəfər isə yüngül yaralanıb.

 

 

Gununsesi.org